Tarix: 11-10-2026 | Saat: 11:46
Bölmə:Karusel / Dünya | çapa göndər
Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Ceykob Zuma beş gündür xəstəxanada müalicə alır.
Qarabaginfo.az yerli KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı siyasətçi oktyabrın 7-də KwaZulu-Natal əyalətinin Pitermaritsburq şəhərindəki özəl xəstəxanaya yerləşdirilib.
İlkin məlumatlara görə, onun vəziyyəti ağır olub. Lakin oktyabrın 9-da səhhəti sabitləşib. Oktyabrın 10-dan etibarən Zuma hərbi həkimlərin də daxil olduğu tibbi heyətin nəzarətinə götürülüb.
Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Ceykob Zuma 2009–2018-ci illərdə CAR-ın prezidenti olub. Hazırda o, ölkənin əsas müxalifət qüvvələrindən biri olan “Umkhonto we Sizwe” (MK) partiyasına rəhbərlik edir. Noyabrın 4-də ölkədə yerli seçkilərin keçirilməsi planlaşdırılır.
Digər xəbərlər















