Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > Cənubi Afrikanın sabiq prezidenti beş gündür xəstəxanadadır
Cənubi Afrikanın sabiq prezidenti beş gündür xəstəxanadadırBu gün, 11:46. Yazar: Admin |
|
Cənubi Afrika Respublikasının (CAR) sabiq prezidenti Ceykob Zuma beş gündür xəstəxanada müalicə alır. Qarabaginfo.az yerli KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı siyasətçi oktyabrın 7-də KwaZulu-Natal əyalətinin Pitermaritsburq şəhərindəki özəl xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, onun vəziyyəti ağır olub. Lakin oktyabrın 9-da səhhəti sabitləşib. Oktyabrın 10-dan etibarən Zuma hərbi həkimlərin də daxil olduğu tibbi heyətin nəzarətinə götürülüb. Sabiq prezidentin xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmayıb. Qeyd edək ki, Ceykob Zuma 2009–2018-ci illərdə CAR-ın prezidenti olub. Hazırda o, ölkənin əsas müxalifət qüvvələrindən biri olan “Umkhonto we Sizwe” (MK) partiyasına rəhbərlik edir. Noyabrın 4-də ölkədə yerli seçkilərin keçirilməsi planlaşdırılır. Geri dön |