Saytımızı qiymətləndirin


 
 

Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
Tarix: 11-10-2026 | Saat: 16:47
Bölmə:Karusel / Dünya | çapa göndər

Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb

Qazaxda kişi meyiti tapılıb.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər