Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Səudiyyə Ərəbistanı hava limanının bağlanması ilə bağlı müddəti uzadıb
Ana Sayfa > Karusel / Dünya > Səudiyyə Ərəbistanı hava limanının bağlanması ilə bağlı müddəti uzadıb

Səudiyyə Ərəbistanı hava limanının bağlanması ilə bağlı müddəti uzadıb


Bu gün, 18:49. Yazar: Admin

Səudiyyə Ərəbistanı hava limanının bağlanması ilə bağlı müddəti uzadıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanının fəaliyyəti raket hücumundan sonra dayandırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Associated Press“ (AP) məlumat yayıb.

Oktyabrın 10-da hava limanına endirilən raket zərbəsi nəticəsində 12 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Ölənlər arasında Səudiyyə Ərəbistanı, ABŞ, Banqladeş, Misir, Fələstin, İordaniya, Suriya və Sudan vətəndaşları var.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya hücuma görə Yəməndəki husiləri ittiham edib.

Hücumdan sonra hava limanının bağlanma müddəti oktyabrın 11-i saat 21:00-dək uzadılıb. Husilər isə Səudiyyə Ərəbistanının hava limanlarına yeni hücumlar barədə xəbərdarlıq ediblər.

Hadisə beynəlxalq ictimaiyyətin etirazına səbəb olub. BMT-nin Baş katibi Antonio Quterreş və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen hücumu pisləyiblər.

 

 


Geri dön