Saytımızı qiymətləndirin


 
 

Astronom qəribə “şüaların” sirrini açdı- 3I/ATLAS kometadır?
Tarix: 17-11-2025 | Saat: 10:18
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Kosmos
Kosmos

3I/ATLAS adlı ulduzlararası obyektin ətrafında müşahidə olunan şüavari strukturlar son günlər NLO iddialarını yenidən gündəmə gətirib.

Qarabaginfo.az xəbər verir ki, astronom və kosmonavtika populyarizatoru Aleksandr Kiselev məsələ ilə bağlı AİF-ə açıqlama verərək yayılan versiyalara aydınlıq gətirib.

Xatırladaq ki, Harvard Universitetinin alimi Avi Leb noyabrın 9-da əldə olunan görüntülərdə obyektin ətrafında 1 milyon kilometri aşan, güclü şəkildə kollimasiya olunmuş şüalar müşahidə edildiyini bildirmişdi. Onun fikrincə, bu cür istiqamətlənmiş axınlar obyektin öz oxu ətrafında fırlanması səbəbindən “yayılmalı” idi, amma bu baş vermədiyi üçün alim hətta “potensial kosmik gəmi” versiyasına işarə etmişdi.

Lakin astronom Aleksandr Kiselev bu iddiaları tam əsassız hesab edir. Onun sözlərinə görə, 3I/ATLAS heç bir halda NLO deyil və bütün müşahidə olunan “şüalar” kometaya xas təbii proseslərlə izah olunur.

Kiselev bildirib ki, obyektin vizual məlumatları iki fərqli quyruğun – tüstüvari qaz quyruğu və toz hissəciklərindən ibarət anti-quyruğun – mövcudluğunu göstərib. Daha əvvəl çəkilmiş şəkillər isə quyruğun 4–5 axınvari elementdən ibarət mürəkkəb strukturunu üzə çıxarıb.

Astronom qeyd edib ki, 3I/ATLAS-ın quyruqları tərkib baxımından C/2016 R2 kometası ilə oxşarlıq göstərir: burada dəm qazı və azot çox, toz isə azdır. Bu, qeyri-adi və güclü “şüa” effekti yarada bilər.

Bundan başqa, Swift observatoriyasının UVOT teleskopu güclü hidroksil (OH) siqnalı aşkarlayıb ki, bu da obyektin tərkibində suyun olduğunu göstərir. Eyni zamanda, adətən kometaların erkən fəallıq mərhələlərində aşkarlanan sian molekulunun siqnalı qeydə alınmayıb. Bu isə 3I/ATLAS-ın tərkibinin Günəş sistemindəki kometalardan əhəmiyyətli dərəcədə fərqləndiyini göstərir.

Kiselevin sözlərinə görə, bütün bu faktlar obyektin ulduzlararası kometa olduğunu təsdiqləyir və onun mənşəyini NLO ilə əlaqələndirmək üçün heç bir elmi əsas yoxdur.



Xəbəri paylaş

18 dəfə oxunub.

Digər xəbərlər