Ermənistanın Tavuş rayonu ərazisində baş verən yol-nəqliyyart hadisəsi nəticəsində Müdafiə Nazirliyinin bir əməkdaşı ölüb, biri yaralanıb.
“Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Hadisə iyunun 2-də günorta saatlarında qeydə alınıb. Belə ki, “UAZ” markalı avtomobil naməlum səbəbdən ağaca çarpılıb.
Qəzaya düşənlər Ermənistan Müdafiə Nazirliyinin balansında olan “Dağlıq Ermənistan” istirahət evinin əməkdaşlardır.
“Report”