Saytımızı qiymətləndirin


 
 

Elza Seyidcahanı döyən iş adamı HƏBS EDİLDİ
Tarix: 30-09-2021 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Elza Seyidcahanı döyən iş adamı HƏBS EDİLDİ

 

Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə tanınmış vəkil Elçin Sadıqov “Facebook” səhifəsində paylaşım edib.

Vəkil bildirib ki, sentyabrın 29-da Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə R.Kərimzadə barəsində bir aylıq həbs qərarı çıxarılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə təqsirləndirilir.

E.Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyasına başlayıb.

Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R.Kərimzadənin ona zor tətbiq etdiyini bildirib.

Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.



Xəbəri paylaş

314 dəfə oxunub.

Digər xəbərlər
3-07-2018, 10:17 İşıqsız Bakı - VİDEO