Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
Tarix: 24-06-2026 | Saat: 08:57
Bölmə:Karusel / Dünya | çapa göndər
84 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-06-2026 | Saat: 08:57
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin Qara dəniz sahilində yerləşən Kastamonu və Samsun vilayətlərində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Bu barədə "İHA" agentliyi məlumat yayıb.
Məlumata görə, çəkisi 200 kiloqramdan çox olan dronlardan biri Kastamonu vilayətinin Kuşkayas kəndində yaşayış evinin yaxınlığındakı bağ sahəsinə düşüb. Yerə çırpıldıqdan sonra aparat yanmağa başlayıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.
Digər pilotsuz uçuş aparatı isə Samsun vilayətinin Karataş bölgəsində yerli sakinlər tərəfindən aşkar edilib. Vətəndaşlar tapıntı barədə jandarmaya məlumat veriblər. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Hazırda hər iki PUA-nın mənsubiyyəti və mənşəyi mütəxəssislər tərəfindən araşdırılır.
Xəbəri paylaş
Digər xəbərlər
3-07-2024, 11:37
YAP-ın növbədənkənar seçkilərlə əlaqədar Tədbirlər Planı təsdiqlənib, səlahiyyətli nümayəndələr təyin edilib
26-06-2020, 16:25
Bakı Apelyasiya Məhkəməsinin hakimi koronavirusdan ölüb
5-07-2022, 12:11
Kür çayından ölkəyə daxil olan su 27 faiz azalıb
28-12-2021, 19:45
Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib
1-03-2019, 12:04
Türkiyə parlamenti sədrinin Azərbaycana səfərinin tarixi məlum olub
18-08-2021, 17:55
Əfqanıstan Prezidenti Əşrəf Qaninin BƏƏ-yə qaçdığı təsdiqlənib
24-10-2026, 19:46
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
23-12-2024, 08:03
Ən çox bu universitetlərin tələbələrinə kredit verilib - SİYAHI
17-01-2022, 15:37
Qarabağdakı layihələrdə TDMMB ilə əməkdaşlıq imkanları müzakirə olunub
















