Türkiyə Böyük Məclisinin sədri Mustafa Şentopun Azərbaycana səfərinin tarixi məlum olub.
"Report" diplomatik mənbəyə istinadən xəbər verir ki, səfər martın 5-7-də reallaşacaq.
Səfər zamanı M.Şentop Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Qeyd edək ki, bu, M.Şentopun Türkiyə Böyük Millət Məclisinin sədri təyin olunduqdan sonra xarici ölkəyə ilk səfəridir.