Saytımızı qiymətləndirin


 
 

Türkiyənin Ermənistanla bağlı YENİ PLANLARI
Tarix: 25-01-2022 | Saat: 15:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Ermənistanın müxtəlif bölgələrinə aviareyslər açmağı və İrəvanla ticarət əlaqələrini genişləndirməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti Türkiyə Prezidentinin Administrasiyasında keçirilən qapalı müzakirələrə istinadən yazıb.

“İlk addım kimi Ermənistanla hava əlaqəsinin açılması barədə qərar qəbul edilib. Gələcəkdə digər bölgələrə uçuşlar məsələsi də gündəmdə olacaq, xüsusən türkiyənin Van bölgəsi ermənilər üçün turizm mərkəzinə çevrilə bilər. Eyni zamanda, ermənilərin böyük önəm verdiyi Qars yaxınlığındakı körpü və tikililər kimi bəzi tarixi abidələrin də bərpası nəzərdə tutulur. Erməni diasporunun rəsmi İrəvana təzyiqlərini azaltmaq üçün Ermənistanla ticarət əlaqələri də genişləndiriləcək”, - deyə “Hürriyət” qeyd edib.



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər