Tarix: 05-03-2024 | Saat: 12:15
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq, onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan sadə vətəndaşa qədər hamı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadır. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat keçirib işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik”.
Qarabaqinfo.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında bildirib.
“Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşagələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi, müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar!”, - deputat bildirib.
Digər xəbərlər