Saytımızı qiymətləndirin


 
 

Bakıda pirotexniki maddələr satan şəxslər saxlanılıb - VİDEO
Tarix: 07-12-2021 | Saat: 17:34
Bölmə:Karusel / Hadisə | çapa göndər

pirotexniki maddələr

 

Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, növbəti belə tədbir Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilib.

Qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Həmin şəxslərin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər