Saytımızı qiymətləndirin


 
 

Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
Tarix: 12-11-2018 | Saat: 14:22
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

 Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Qarabaginfo" "Report.az"a istinadən məlumat verir ki, hadisə noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 

Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.

25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.



Xəbəri paylaş

591 dəfə oxunub.

Digər xəbərlər