Saytımızı qiymətləndirin


 
 

Vilayət administrasiyasının rəhbəri: “Çerniqovda elektrik, istilik və su təchizatı yoxdur”
Tarix: 27-03-2022 | Saat: 11:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Українці створили відкритий фотоархів російських злочинів, щоб кожен міг приєднатися до боротьби з окупантом — Delo.ua

Ukraynanın Çerniqov şəhərində strateji infrastruktur obyektlərinin vurulması və aktiv döyüş əməliyyatları səbəbindən elektrik enerjisi, istilik və su təchizatı yoxdur.

Qarabaginfo.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar günü Çerniqov Vilayət Hərbi Administrasiyasının rəhbəri Vyaçeslav Çaus teleqram kanalında bildirib.

Onun sözlərinə görə, qazın verilməsi qismən həyata keçirilir, imkan daxilində bərpa işləri aparılır.

Son sutka ərzində vilayətdə 8 yanğın hadisəsi qeydə alınıb, onlardan 1-i Rusiya ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində baş verib. Ümumilikdə döyüş əməliyyatları başlayandan indiyədək 386 yanğın söndürülüb ki, onlardan 257-si açılan atəş nəticəsində baş verib. 10-u uşaq olmaqla 44 nəfər xilas edilib.

“Sutka ərzində Dövlət Fövqəladə Hallar Xidmətinin pirotexniklər qrupu partlamamış hərbi sursatları zərərsizləşdirmək üçün 6 dəfə əraziyə çıxıb. Müharibə başlayandan indiyədək ümumilikdə 115 partlama təhlükəsi olan əşya aşkar edilərək zərərsizləşdirilib”, - Çaus deyib.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər