Bakıda qadın piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
"Qarabaginfo" "Report.az"a istinadən məlumat verir ki, hadisə noyabrın 10-da saat 7 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Dilşad Rəhimova vurulub. Xəstəxanaya yerləşdirilmiş R.Rəhimovanın vəziyyəti qənaətbəxşdir.
25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, paytaxt sakini Əhmədağa Əhmədov saxlanılıb.
Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.