“Rusiya Qarabağdakı hərbi mövcudluğunu iqtisadi ekspansiya ilə qoşalaşdırmağa ehtiyac duyur...” – Erməni ekspert
Tarix: 11-07-2021 | Saat: 19:55
Bölmə:Karusel / Region | çapa göndər
1311 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-07-2021 | Saat: 19:55
Bölmə:Karusel / Region | çapa göndər

“Həqiqətən Qarabağın iqtisadi tənəzzülü və erməni əhalisinin kütləvi şəkildə köçməsi halında Rusiya Federasiyası bölgədəki hərbi mövcudluğunun legitimliyini itirəcəkdir...”
"İşsizlik, ağır sosial şərtlər, müharibədən sonrakı stresli vəziyyət və gələcəyə sarsılmış inam çox yaxın gələcəkdə respublikanın(söhbət Qarabağdakı separatçı rejimdən gedir-S.L.) əhalisini azaldıb Qarabağ problemini avtomatik olaraq Azərbaycanın xeyrinə həll edə bilər”.
Qarabaginfo.az xəbər verir ki, qondarma separatçı-terrorçu rejimin mövcud acınacaqlı durumu haqda bu fikri erməni ekspert Boqdan Atanesyan qəsbkar Ermənistanın “Qolos Armeniyi” nəşrindəki “Qarabağ və Azərbaycanda yeni iqtisadi reallıqlar” başlıqlı məqaləsində ifadə edib
“...Xankəndində(erməni müəllif “Stepanakertdə” yazır-S.L.) demək olar ki, qızğın bir sürətlə normal yaşayış şəraitini bərpa etmək və iqtisadiyyatı yeni gerçəkliklərə uyğunlaşdırmaq üçün işlər aparılır. Və bu işlər Moskvanın ən yaxın mənada birbaşa iştirakı ilə həyata keçirilir. Baxmayaraq ki, Rusiya belə bir gündəmdən uzaq olduğunu nümayiş etdirir. Həqiqətən Qarabağın iqtisadi tənəzzülü və erməni əhalisinin kütləvi şəkildə köçməsi halında Rusiya Federasiyası bölgədəki hərbi mövcudluğunun legitimliyini itirəcəkdir. Qeyd edək ki, Qarabağdakı(erməni müəllif “Artsax” yazır – S.L.) sülhməramlı kontingent özlüyündə Xankəndi üçün artıq müsbət rol oynayan Rusiya pulunun Qarabağ iqtisadiyyatına yeridilməsi üçün kifayət qədər ciddi bir kanaldır. Vaxt keçdikcə bu, Bakının necə yanaşmasından asılı olmayaraq, Rusiya tərəfindən Qarabağ iqtisadiyyatına birbaşa investisiyalara yol aça bilər.
Təbii ki, investisiyaların məqsədi və faydaları maliyyə və maddi aspektlərdən daha çox siyasi olacaqdır. Çünki Rusiya təcili olaraq Qarabağdakı hərbi mövcudluğunu iqtisadi ekspansiya ilə qoşalaşdırmağa ehtiyac duyur ki, bu da ondan əlçatmaz xərclər tələb etməyəcəkdir” –deyə erməni ekspert vurğulayır.
P.S....
Moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
30-09-2025, 21:05
III MDB Oyunları: Azərbaycan taekvondoçusu qızıl medala layiq görülüb
14-04-2024, 16:21
Ceyhun Bayramov Özbəkistana işgüzar səfər edib
11-05-2021, 00:21
“Kanadayla Fransa getsin öz işləri ilə məşğul olsun”
18-03-2025, 15:39
Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb
27-10-2022, 22:12
"Qış parkı"ndakı yeraltı keçidi yenə su basdı
11-03-2022, 17:59
Hikmət Hacıyev: "Azərbaycan və Türkiyə prezidentləri Ukraynadakı müharibənin dayandırılması istiqamətində bütün fürsətlərdən istifadə edirlər"
18-08-2024, 08:29
Prezidentin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatdı - Video
28-02-2022, 20:41
Ukrayna və Rusiya arasında danışıqlar başa çatdı
31-07-2023, 13:56
Hakan Fidan: Güclü Türkiyə - güclü Azərbaycan, güclü Azərbaycan - güclü Türkiyədir