Saytımızı qiymətləndirin


 
 

Koçaryan və Sarkisyan seçkilərin nəticələrinin ləğvini tələ etdilər
Tarix: 28-06-2021 | Saat: 11:53
Bölmə:Karusel / Gündəm / Dünya | çapa göndər

Koçaryan və Sarkisyan seçkilərin nəticələrinin ləğvini tələ etdilər

Ermənistan Mərkəzi Seçki Komissiyası 20 iyun tarixli növbədənkənar parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası 53,91 faiz səslə seçkilərin qalibi olub, Robert Koçaryanın “Ermənistan” bloku 21,9 faiz səs toplayaraq ikinci yeri tutub.

Üçüncü yeri Serj Sarkisyanın “Şərəfim var” bloku qazanıb – 5,22 faiz.

Qarabaginfo.az modern.az-a istinadla xəbər verir ki, seçkilərin nəticələri ilə razılaşmayan müxalifət başda eks-prezident R.Koçaryanın “Ermənistan” bloku olmaqla Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Onu Serj Sarkisyanın “Şərəfim var” bloku, habelə 0Ş36 fazi səs toplayan "Zartonk" Milli Xristian Partiyası dəstəkləyib.

Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, etiraz ərizəsi təqdim edən siyasi qüvvələr seçicilərə təzyiq edildiyini, zorakılıq hallarının olduğunu, inzibati resurslardan sui-istifadə hallarına yol verildiyini və digər qanun pozuntularının baş verdiyini əsas gətirərərk nəticlərin ləğvini istəyiblər. 



Xəbəri paylaş

319 dəfə oxunub.

Digər xəbərlər