Saytımızı qiymətləndirin


 
 

Əvəz Zeynallının həbs müddəti uzadıldı
Tarix: 29-12-2022 | Saat: 14:12
Bölmə:Karusel | çapa göndər

Əvəz Zeynallının həbs müddəti uzadıldı

Tanınmış jurnalist Əvəz Zeynallının həbs müddəti daha 3 ay uzadılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə "Qafqazinfo"ya onun vəkili Rəşad Vaqifoğlu məlumat verib. Belə ki, bu gün Binəqədi Rayon Məhkəməsində istintaq orqanı tərəfindən Əvəz Zeynallının həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı vəsatətə baxılıb. Hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunub.

Qeyd edək ki, Ə.Zeynallı həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham edilir. İttihama görə, o, R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb. Əvəz Zeynalov barəsində cinayət işi başlanıb, bu ilin avqustunda barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir.



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər