Saytımızı qiymətləndirin


 
 

KİV haqqında” qanun ləğv olunur
Tarix: 17-06-2021 | Saat: 22:27
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

“Media haqqında” yeni qanun layihəsi artıq hazırdır. Bu sənədin yaxın zamanlarda Milli Məclisə təqdim edilməsi gözlənilir. Qanun layihəsi ilə tanış olmuşam, kifayət qədər müasir sənəddir”.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, “Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur:


“Bu qanuna ehtiyac var idi. Yeni qanun mediada yaranmış hərc-mərcliyi aradan qaldıracaq, medianın cəmiyyətdə yerini və rolunu beynəlxalq standartlara uyğunlaşdıracaq. Əminəm ki, qanun layihəsi qəbul olunacaq. Bununla media sahəsində qanunvericilik baxımından yeni mərhələ başlayacaq”.


Ə. Amaşov hesab edir ki, yeni qanun layihəsi qəbul edilən kimi qüvvədə olan qanuna ehtiyac qalmayacaq: 


““Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin ləğv ediləcəyini demək hələlik tezdir. Çünki yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmalı, təsdiq edilməlidir. Amma “Media haqqında” qanun layihəsi qəbul edilərsə, çox güman ki, “KİV haqqında” köhnə qanuna ehtiyac qalmayacaq”.

 

 



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər