Saytımızı qiymətləndirin


 
 

Gürcüstandan daha 200 nəfər Azərbaycana təxliyə edilir
Tarix: 08-09-2020 | Saat: 10:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Gürcüstandan daha 200 nəfərin Azərbaycana təxliyəsinə başlanılıb.

Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, onların arasında Azərbaycan vətəndaşları ilə yanaşı soydaşlarımız da yer alıb.

Ötən gün həmin şəxslərin koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyə olunanlara Azərbaycanın Gürcüstandakı səfirliyindən COVID-19-un aşkarlanmadığını təsdiq edən arayış təqdim olunacaq. Həmin şəxslər saat 10:00-da səfirliyin binası qarşısından avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qonşu ölkədən Azərbaycana növbəti təxliyə sentyabrın 14-nə təyin olunub. Bugünkü və növbəti təxliyədə üstünlük yeni dərs ilinin başlaması ilə əlaqədar Azərbaycana getməli olan uşaqlar və onların ailə üzvlərinə verilib.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstanı tərk edə bilməyən 2 mindən çox şəxsin Azərbaycana təxliyəsi təşkil olunub. 



Xəbəri paylaş

365 dəfə oxunub.

Digər xəbərlər