Saytımızı qiymətləndirin


 
 

Putin sosial-iqtisadi sabitlik tədbirləri haqda fərman imzalayıb
Tarix: 16-03-2022 | Saat: 19:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

Putin sosial-iqtisadi sabitlik tədbirləri haqda fərman imzalayıb

 

Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasında sosial-iqtisadi sabitliyin təmin edilməsi və əhalinin müdafiəsi tədbirləri haqqında” fərman imzalayıb.

Qarabaginfo.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin regionların rəhbərliyindən sosial-iqtisadi sabitliyi təmin etmək üçün kompleks tədbirlər görməyi tələb edib.

“Rusiya Federasiyasının təsis qurumlarının yüksək vəzifəli şəxsləri müvafiq ərazilərin coğrafi xüsusiyyətlərini nəzərə alaraq, sosial-iqtisadi sabitliyin təmin edilməsi üçün kompleks tədbirlər görsünlər”, - Kremlin dərc etdiyi prezidentin fərmanının mətnində deyilir.

Kremlin mətbuat xidməti xəbər verir ki, Putin çətin vəziyyətə düşmüş müxtəlif kateqoriyadan olan Rusiya vətəndaşlarına zərurət yarandığı təqdirdə nağd ödənişlər etmək üçün dəstək tədbirləri görməyə göstəriş verib.



Xəbəri paylaş

1224 dəfə oxunub.

Digər xəbərlər
17-02-2022, 22:00 Manaf Ağayev saxlanılıb