Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev: "Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır"
Tarix: 16-10-2021 | Saat: 11:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmet Haciyev: Ermenistan terefi cefeng, ziddiyyetli beyanatlar verir

 

"Diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə yeddinci səfəridir".

Qarabaqinfo.az-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun Suqovuşan və Talışa səfəri ilə bağlı deyib.

Onun sözlərinə görə, bu ərazilər Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır.

H.Hacıyev bildirib ki, bu cür səfərlərin məqsədi həm ermənilərin törətdiyi genişmiqyaslı dağıntıları göstərmək, həm də xarici diplimatları sürətlə gedən yenidənqurma işləri ilə yanış etməkdir: "Post münaqişədən sonra yenidənqurma, bərpa, rekonstruksiya sürətlə həyata keçirilir. Bu, unikaldır".

Prezidentin köməkçisi qeyd edib ki, adətən digər dövlətlər münaqişədən çıxan ölkələrə kömək etsə də, Azərbaycan bu işi özü təkbaşına görür və bunu sürətlə hərtərli şəkildə həyata keçirir.

O deyib ki, bu ərazilərdə Azərbaycan vətəndaşlarına məxsus əmlak dağıdılıb: "Əsas məqsədimiz bu ərazilərdə həyatı bərpa etmək və vətəndaşların öz evlərinə geri qayıtmasıdır".

H.Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə də diplomatların Tərtərə səfərləri olub: "Mən bunun üçün təşəkkür edirəm, bu, Azərbaycan xalqı ilə həmrəylik nümunəsi idi".

Tərtəri Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə bildirib ki, müharibə dövründə rayoya 21 "Smerç" raketi atılıb: "7050 vətəndaşın obyektlərinə ziyan dəyib. 16 mülki şəxs ölüb ki, onlardan biri qadın, biri uşaqdır".

İcra başçısı deyib ki, evləri dağılan insanların ev və əmlakları təmir olunur, 136 ev qalıb təmiri tamamlanacaq.



Xəbəri paylaş

1332 dəfə oxunub.

Digər xəbərlər