Saytımızı qiymətləndirin


 
 

AKC sədri: Azərbaycanda ölümlərin 60 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verir
Tarix: 20-04-2023 | Saat: 11:30
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

AKC sədri: Azərbaycanda ölümlərin 60 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verir

Dünyada ürək-damar xəstəlikləri ölümün birinci səbəbidir. Bu rəqəm ölkəmizdə də belədir. Əlimizdə olan statistikalara görə, Azərbaycanda ölümlərin 60 faizi ürək-damar xəstəlikləri səbəbindən baş verir.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri Üzeyir Rəhimov deyib.

Onun sözlərinə görə, bu xəstəliyin təzyiq, xolesterin, şəkər və s. səbəbləri var:

"Dərman sektorunun bu qədər inkişaf etməsinə baxmayaraq, ölkədə təzyiq xəstəkərinin sayı 15 faiz artıb. Həmçinin şəkər xəstələrinin sayı 40 faiz, xolesterindən əziyyət çəkənlərin sayı yenə 15 faiz artıb".

O bildirib ki, Azərbaycandakı təzyiq xəstələrinin 60 faizi təzyiqini ölçmür, təzyiqindən xəbərdar deyil:

"Onların ancaq 40 faizi dərman qəbul edir və 20 faizindən aşağısı təzyiqini nəzarətdə saxlayır. 50 yaşından yuxarı olan hər iki nəfərdən biri, 20 yaşından yuxarı şəxslərin isə hər 10-dan biri təzyiqdən əziyyət çəkir. Bunun əsas səbəbi hərəkətsizlik, qeyri-sağlam qidalanma və artıq çəkidir".



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər
13-11-2024, 12:23 Sabah hava necə olacaq?