İsrail ordusu Livandan ölkənin şimalına raket atıldığını açıqlayıb.
Qarabaginfo.az xəbər verir ki, raketin boş sahəyə düşməsindən sonra İsrail Livandakı bəzi hədəfləri vurub.
İsrail ordusunun sözçüsü Ran Koçav deyib: “Biz bunun Ramazan ayı olması və Məscidül-Əqsadakı hadisələrlə əlaqəli olduğunu düşünürük”.
2006-cı ildə İsrail və "Hizbullah" arasında baş verən müharibədən bəri Livan-İsrail sərhədi əsasən sakitdir.