Saytımızı qiymətləndirin


 
 

Nazirin müşavirini şantaj edənlər yenidən məhkəmə qarşısında 
Tarix: 20-04-2023 | Saat: 09:53
Bölmə:Karusel / Kriminal | çapa göndər

Nazirin müşavirini şantaj edənlər yenidən məhkəmə qarşısında  Bakı Apellyasiya Məhkəməsində tanınmış prokuror Tariyel Qurbanovu şantaj etməkdə ittiham olunan dəstə üzvlərinin barələrindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 3-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ümman Əliyev 7 il 6 ay, Elnur Eldarov, Natiq Nuriyev 6 il 6 ay, İlqar Əliyev 6 il, Ələkbər Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin edilib. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Qeyd: Təqsirləndirilən şəxslər prokuror Tariyel Qurbanovu hamamda çəkilmiş şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmaması müqabilində Tariyel Qurbanovdan müxtəlif məbləğlərdə pul alıblar. Dəstə üzvlərinin əməlindən ziyan çəkənlərdən biri də Mirvasif Mahmudovdur. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, təqsirləndirilən Pərvin Yusifov istisna olmaqla digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırlatma: Tariyel Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Son olaraq Abşeron rayon prokurorunun böyük köməkçisi işləyən Tariyel Qurbanov vaxtilə sol əllə hərbi salam verdiyinə görə gündəmə gəlib.

2023-cü il yanvarın 16-da Tariyel Qurbanovun öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. Daha sonra o, müdafiə sənayesi naziri Mədət Quliyevin müşaviri təyin olunub. 



Xəbəri paylaş

1122 dəfə oxunub.

Digər xəbərlər