Saytımızı qiymətləndirin


 
 

Şagirdlərin məktəbdə olması, vacibdir.-Emin Əmrullayev
Tarix: 08-05-2021 | Saat: 16:23
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Təhsil Nazirliyi mümkün qədər əyani təhsilə qayıtmağın tərəfdarıdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün sosial şəbəkə hesabında sualları cavablandırarkən deyib. Nazir qeyd edib ki, bu, tək “onlayn yoxsa, əyani təhsil yaxşıdır” prizmasından deyil, uşaqların bir-biri ilə ünsiyyəti və s. cəhətdən vacibdir:

“Hamımız çalışmalıyıq ki, sentyabr 15-dən ənənəvi tədrisi bərpa edək. Düşüncəmiz budur ki, mümkün dərəcədə əyani tədrisə qayıdaq. Bu, uşaqların sosial-psixoloji inkişafı, parta arxalarında oturmaları, məktəbə getmələri baxımından vacibdir. Şagirdlərin məktəbdə olması, digər uşaqlarla ünsiyyəti vacibdir. Təhsil Nazirliyi yalnız çıxılmaz vəziyyətdə olduqda əyani tədrisin dayandırılması ilə bağlı qərar verir”.



Xəbəri paylaş

1309 dəfə oxunub.

Digər xəbərlər