Saytımızı qiymətləndirin


 
 

Almaniya Rusiyadakı səfirini geri çağırıb
Tarix: 06-05-2024 | Saat: 17:51
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya Xarici İşlər Nazirliyi səfir Aleksandr Lambsdorfu məsləhətləşmələr üçün Moskvadan geri çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə diplomatik nümayəndə Katrin Deşauer bildirib.

“Səfir Lambsdorfun Berlində məsləhətləşmələr üçün geri çağırılması qərara alınıb”, – Deşauer deyib.

O qeyd edib ki, bu qərar Rusiyaya qarşı iddia edilən kiberhücumlarla bağlıdır.

Səfir Berlində bir həftə qalacaq, bundan sonra Moskvaya qayıdacaq.

Almaniya Xarici İşlər Nazirliyi ATP28 kiberqrupunun Almaniya Sosial Demokrat Partiyasının bir neçə e-poçt hesabını sındırdığı barədə hesabat dərc edib. Mötəbər məlumatlara əsaslanaraq adı çəkilən haker qrupu Rusiyaya aid edilib.



Xəbəri paylaş

156 dəfə oxunub.

Digər xəbərlər