Tarix: 10-08-2020 | Saat: 18:26
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
"Yeni koronavirusun törətdiyi xəstəliyin mövsümi olmasına dair hər hansı əlamət, yaxud dəlil mövcud deyil".
Qarabaginfo.az “Report.az”a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə aparıcı texniki mütəxəssisi, epidemioloq Maria van Kerkhove brifinq zamanı bildirib.
“Hər gün yeni-yeni şeylər öyrəndiyimiz bu virus aramızda dolaşmaqda davam edir, insanların əksəriyyəti ona qarşı həssasdır. Odur ki, yeni yoluxmaların, ölümlərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - o deyib.
Ekspert həm hökumətlərin tövsiyələrinə əməl etməyin, həm də şəxsən təhlükəni azaltmağa yönələn addımlar atmağın vacib olduğunu da vurğulayıb: “Sizdən evdə qalmağı istəyirlərsə, qalın. Nəqliyyatda, mağazada maska taxmaq lazımdırsa, taxın. Bununla da həm özünüzü, həm də risk qrupunda olan insanları qorumuş olursunuz”.
Digər xəbərlər