ABŞ səfiri Mark Libby Şuşaya gedib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bu gün səfir Libby xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.
Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, – səfirliyin məlumatında qeyd olunub.