Tarix: 05-09-2023 | Saat: 13:39
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
“Yalan danışmaq insan xislətidir. Öz uydurmalara inanmaq isə bir başqa bədbəxlikdir. Vicdanı olmayanın onurğası olmaz! Qüruru olmaz, mənliyi olmaz!”.
Qarabaqinfo.az-ın məlumatına görə, bu sözləri Xalq artisti Flora Kərimova onun adından yayılan səs yazısına münasibət bildirərkən deyib.
“Varlığımı həzm edə bilməyib, ceynənmiş yalanlarınızı bir-birinizin ağzına tüpürməyiniz isə acizliyinizin göstəricisidir”, - F.Kərimova əlavə edib.
Xalq artisti onu gözdən salmaq istəyən şəxsə - müğənni Afət Fərmanqızına mesaj da göndərib:
“Hikkənlə öz çəsarətin catmadığı, başqa səhifələrdə sifarişlə bölüşdüyün həqarətlərinin, söyüş-təhqirlərinin, hər yalan itiham və böhtanlarının hesabını verəcəksən!”.
Xatırladaq ki, bir neçə gün öncə Facebook sosial şəbəkəsində Xalq artisti Flora Kərimovaya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.
Audiorolikdə Flora Kərimovanın səsi ilə yarırus-yarıazərbaycanca danışan şəxs Türkiyəni və türk paşalarını ötən əsrin əvvəllərində Azərbaycana təmmənalı kömək etdiyinə görə müxtəlif sözlərlə təhqir edib.
Qeyd edək ki, səs yazısı Flora Kərimovanın kollaj edilmiş şəkli ilə paylaşılıb və üzərinə təhqiramiz ifadə yazılıb – müğənnini erməni adlandırıblar.
Digər xəbərlər