Saytımızı qiymətləndirin


 
 

Rusiya XİN: Ukraynada F16-ları nüvə daşıyıcısı kimi qəbul edəcəyik
Tarix: 06-05-2024 | Saat: 19:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya XİN: Ukraynada F16-ları nüvə daşıyıcısı kimi qəbul edəcəyik

Rusiya F-16 təyyarələrinin Ukraynada peyda olmasını onların modifikasiyasından asılı olmayaraq nüvə silahının daşıyıcıları kimi qəbul edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Yaxın vaxtlarda Amerika istehsalı olan çoxfunksiyalı F-16 təyyarələrinin Ukrayna hərbi əməliyyatlar teatrında görünəcəyi gözlənilir. Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, biz bu təyyarələrin ikili təchizatlı platformalara - qeyri-nüvə və nüvə platformalarına aid olmasını gözardı edə bilmərik. Uzun illərdir ki, bu tip təyyarələr NATO-nun "birgə nüvə missiyaları"nda istifadə olunan təyyarə parkının əsasını təşkil edirdi. Bu təyyarələrin hansı spesifik modifikasiya ilə təchiz olunacağından asılı olmayaraq, biz onları nüvə silahı daşıyıcıları kimi qəbul edəcəyik və ABŞ və NATO-nun bu addımını məqsədyönlü təxribat kimi qiymətləndirəcəyik", deyə Rusiya xarici siyasət idarəsinin Rusiya Silahlı Qüvvələrinin Cənub hərb dairəsində taktiki nüvə silahı təlimlərinə hazırlıqla bağlı yaydığı bəyanatda qeyd olunub.



Xəbəri paylaş

133 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 16:44Malatyada ZƏLZƏLƏ