Tarix: 06-05-2024 | Saat: 15:37
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan üzgüçüləri Rusiyanın Kazan şəhərində universitetlər arasında keçirilmiş “Rektor Kuboku”nda 9 medal qazanıblar.
Azərbaycan Üzgüçülük Federasiyasından Qarabaqinfo.az-a verilən məlumata görə, 50 metrlik “Burevestnik” hovuzunda təşkil olunmuş turnirin ilk günündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti uğrunda mübarizə aparıblar.
Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 metr və 50 metr məsafəyə “butterfly” üsulunda qızıl, Fatimə Alkərəmova isə 100 metr məsafəyə sərbəst üsulda bürünc medala sahib olublar. Yarışların ikinci günündə, Ə. Rüstəmov 100 metr məsafəyə “butterfly”, 200 metr məsafəyə qarışıq və sərbəst üsullarda ikinci yeri tutub. Digər üzgüçü Rəşad Alquliyev 200 metr məsafəyə qarışıq üsulda bürünc medalla kifayətlənib.
F. Alkərəmova isə (200 metr) sərbəst üsulda 2-ci, eyni məsafədə qarışıq üsulda isə 3–cü pillənin sahibi olub.
Beləliklə, Azərbaycan üzgüçüləri turniri ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vurublar
Digər xəbərlər