Bakıda karantin qaydalarını pozaraq işləyən idman zalı aşkar edilib, orada olan 56 nəfər cərimə olunub.
Qarabaginfo.azxəbər verir ki, bu baradə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verilib.
Belə ki, keçirilən profilaktik tədbir zamanı müəyyən edilib ki, rayon ərazisində yerləşən “Anderqraund” adlı idman zalı xüsusi karantin rejiminin tələblərini pozaraq müştəri qəbul edir.
Obyektə baxış zamanı orada olan ümumilikdə 56 nəfər şəxsin karantin rejiminin tələblərini pozması aşkar edilib. Həmin şəxslərdən COVID-19 virusunun yoxlanılması məqsədi ilə test nümunələri götürülüb.
Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib edilib və cərimələniblər. Obyektin icarədarı Rafiq Günəşov barəsində isə Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.
Unikal.org-un isə əldə etdiyi məlumata görə, idman zalında saxlanılan şəxslərdən biri də millət vəkili Malik Həsənovun oğlu İsmayıl Həsənovdur.