Saytımızı qiymətləndirin


 
 

Fərruxda qazıntılar zamanı daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıl
Tarix: 30-03-2022 | Saat: 15:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Fərruxda qazıntılar zamanı daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıl (FOTOLAR)

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapılıb.
"Report"un əldə etdiyi məlumata görə, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.
Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha 3 azərbaycanlının qalıqları tapılıb.
Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.
Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.


Xəbəri paylaş

236 dəfə oxunub.

Digər xəbərlər