Ana Sayfa > Karusel / Qarabağ > Fərruxda qazıntılar zamanı daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıl

Fərruxda qazıntılar zamanı daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıl


30-03-2022, 15:51. Yazar: Admin

Fərruxda qazıntılar zamanı daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapıl (FOTOLAR)

Xocalı rayonunun Fərrux kəndi ətrafında daha 3 azərbaycanlının meyitlərinin qalıqları tapılıb.
"Report"un əldə etdiyi məlumata görə, qalıqlar Azərbaycanın Birinci Qarabağ müharibəsində Fərrux kəndi və yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə şəhid olmuş vətəndaşlarına aiddir.
Belə ki, ayrı-ayrılıqda 3 yerdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha 3 azərbaycanlının qalıqları tapılıb.
Qeyd edək ki, ötən gün də Fərrux kəndi ərazisində insan meyitlərinin qalıqları aşkarlanıb.
Hazırda faktlarla bağlı araşdırmalar davam etdirilir.

Geri dön