Saytımızı qiymətləndirin


 
 

Ermənistanda yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə yaş məhdudiyyətləri müzakirə olunur
Tarix: 25-08-2026 | Saat: 18:31
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə yaş məhdudiyyətləri müzakirə olunur

Ermənistan hökuməti yetkinlik yaşına çatmayanların sosial mediadan istifadəsinə yaş məhdudiyyətlərinin tətbiq edilməsi imkanlarını müzakirə edir.

Ermənistan mediasının xəbərinə görə, bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan bildirib.

“Baş nazirin ideyası çox yaxşı ideyadır. Hökumət bu məsələdə yaş məhdudiyyətlərinin tətbiqi, xüsusən də yetkinlik yaşına çatmayanların sosial mediadan istifadə hüquqlarının məhdudlaşdırılması imkanlarını müzakirə etdiyindən, bu, həqiqətən faydalı ola bilər", - Xandanyan parlamentin iclasında bildirib.

Qeyd edək ki, daha əvvəl Baş nazir Nikol Paşinyan müxalifətə anonim sosial media hesablarına mümkün qadağa qoyulmasını müzakirə etmək üçün işçi qrupu yaratmağı və müvafiq qanun qəbul etməyi təklif edib.



Xəbəri paylaş

8 dəfə oxunub.

Digər xəbərlər