Saytımızı qiymətləndirin


 
 

Goranboydakı avtoqəzada ölən və yaralıların adları məlum olub
Tarix: 29-01-2021 | Saat: 21:46
Bölmə:Karusel / Hadisə | çapa göndər

Goranboydakı avtoqəzada ölən və yaralıların adları məlum olub - FOTO - YENİLƏNİB

 

Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Qarabaginfo.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb. ölən mikroavtobusun sərnişini - Şəmkir rayon sakini 1968-ci il təvəllüdlü Əhmədov Hikmət Fərman oğludur.

Xəsarət alanlar isə mikroavtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal İlqar oğlu, sərnişinlər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı, "ZİL" markalı yük maşınının sürücüsü Zeynalov Rza Ərəstun oğludur. Daha iki nəfərə isə yerində ambulator müalicə göstərilib. Xəsarət alanların vəziyyətinin orta ağırlıqda olduğu bildirilir. APA

 

 



Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər