Tarix: 29-10-2020 | Saat: 15:58
Bölmə:Karusel / Siyasət | çapa göndər
“Beynəlxalq hüquqa, NATO və Avropa İttifaqı ölkələrinin xarici siyasət prinsiplərinə, BMT-nin sənədlərinə görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Deməli, Azərbaycan Ordusu Qarabağda heç bir qəbahət iş tutmur, sadəcə ərazilərini zəbt etmiş düşmən ordusunu oradan çıxartmağa çalışır”.
Qarabaginfo.az xəbər verir ki, bu fikirlər litvalı jurnalist Vitautas Çepukasın yazısında yer alıb.
Müəllifin fikrincə, Azərbaycan Ordusu da əvvəllər Ukrayna, Moldova, Gürcüstan torpaqlarını müdafiə edən yerli hərbçilər kimi hərəkət edir:
“Ermənistan qan tökülməsini istəmirsə, ordusunu özgə torpaqlardan çıxartsın. Onda müharibə dərhal qurtarar. Söhbət nədən gedir? Biz bəzilərinin ərköyün davranışlarına yol veririksə, o birilərinə də bu haqqı verməli olacağıq. Yəni Litva Erməniləri İttifaqına, Baltiya Erməniləri Alyansına Vilnüsdə yürüşə çıxıb Azərbaycanın Dağlıq Qarabağda erməniləri məhv etməsi barədə şüarlar səsləndirməyə icazə vermişiksə, onda məsələn, Ukrayna, Gürcüstan, Moldova da öz torpaqlarını güc yolu ilə qaytarmaq istəsələr və müharibə zamanı insanlar həlak olsa, adıçəkilən ölkələrin ərazi bütövlüyünü pozan separatçıların da üzünə öz küçələrimizi gərək açaq. Lakin belə etsək, düzgün olmaz. Çünki hər hansı separatizmə, fərqi yoxdur, Litvada, Polşada, İspaniyada olsun, nə televiziyada, nə də küçələrdə söz söyləmək imkanı verilməməlidir”.
Jurnalist qeyd edib ki, rəsmi Bakı son 30 il ərzində qərb ölkələrindən kömək gözləyərək sonsuz səbr edib, lakin onlar bu problemi həll etməkdə tamamilə aciz qalıb:
“Bəs azərbaycanlılar neyləməlidirlər? Rəsmi Yerevan da 30 ildir Ermənistan ordusunun yenilməzliyindən dəm vurur. İndi nə görürük? Təlaş içindədirlər. Ermənistan rəhbərləri, o cümlədən Nikol Paşinyan vahiməyə qapılaraq qərb ölkələrindən imdad diləyirlər. Ancaq qərb Ermənistana heç bir kömək edə bilmir. Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Azərbaycan isə indiyədək heç bir qəbahət iş tutmayıb, sadəcə yad ordusunu öz torpağından çıxardır. Əgər Yerevanı bombalasaydılar, onda Bakını qınaya bilərdik. İndi isə qətiyyən yox”.
Digər xəbərlər