Saytımızı qiymətləndirin


 
 

ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb
Tarix: 28-06-2026 | Saat: 09:35
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ İranda bir neçə hərbi obyektə zərbələr endirdiyini açıqlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə İran ərazisində bir neçə hərbi obyektə yeni zərbələr endirildiyini açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı məlumatda deyilir.

Komandanlığın məlumatına görə, zərbələr İranın kommersiya gəmisinə növbəti hücumuna cavab olaraq həyata keçirilib.

İddia olunur ki, iyunun 27-si səhər saatlarında İranın kamikadze pilotsuz uçuş aparatı Hörmüz boğazı yaxınlığında Panama bayrağı altında üzən və 2 milyondan çox barel neft daşıyan "Kiku" tankerini vurub.

Bundan sonra ABŞ hərbi aviasiyası İranın hərbi kəşfiyyat obyektlərinə, rabitə sistemlərinə, hava hücumundan müdafiə mövqelərinə, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlara və dəniz minalarının yerləşdirilməsi vasitələrinə zərbələr endirib.

CENTCOM əlavə edib ki, Hörmüz boğazından kommersiya gəmilərinin hərəkəti davam edir və ABŞ qüvvələri zərurət yaranacağı təqdirdə əlavə tədbirlər görməyə hazırdır.



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər