Tarix: 13-12-2024 | Saat: 12:20
Bölmə:Karusel / Region | çapa göndər
Gürcüstanın yeni prezidentini müəyyən edəcək Seçicilər Kollegiyasının 300 üzvündən 211-i hakim “Gürcü Arzusu” partiyasının üzvüdür.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan tarixində ilk dəfə olaraq dolayı yolla prezident seçkiləri keçiriləcək ki, bu da prezidentin seçicilər kollegiyası tərəfindən seçildiyi Amerika-Almaniya prezidenti seçmə üsuluna bənzəyir.
“Kollegiya 300 üzvdən ibarətdir, onlardan 150-si Gürcüstan parlamentinin üzvləridir, qalan 150-si isə aşağıdakı prinsipə əsasən təşkil olunur – Acarıstan Ali Şurasının 21 üzvü, Abxaziya Ali Şurasının 20 üzvü və əvvəlki seçkilərin nəticələrinə proporsional olaraq bölünən şəhər şuralarının nümayəndələrinin 109 üzvü. Seçicilər kollegiyasının 300 üzvündən 211-i “Gürcü Arzusu”nun, ümumilikdə 69 üzvü müxalifətin, 20-si isə Abxaziya Ali Şurasının üzvüdür”
Spiker qeyd edib ki, səsvermə sabah saat 09:00-dan 14:00-dək parlamentin iclas zalında keçiriləcək və prosesə MSK rəhbərlik edəcək. Səsvermə açıq keçiriləcək.
Qeyd edək ki, hakim “Gürcü Arzusu” bu posta 53 yaşlı Mixeil Kavelaşvilinin namizədliyini irəli sürüb. Hazırkı prezident Salome Zurabişvili isə seçkilərin qeyri-legitim olduğunu, bu səbəbdən prezident olaraq qalacağını bəyan edib.
Digər xəbərlər