Saytımızı qiymətləndirin


 
 

Azərbaycan qazının Bolqarıstan və Yunanıstana nəqlilə bağlı saziş parlamentdə müzakirə edilib
Tarix: 20-01-2021 | Saat: 11:48
Bölmə:Gündəm | çapa göndər

 

Yunanıstan və Bolqarıstanın milli qaz sistemləri arasında əlaqələndirici funksiyanı icra edən IGB təbii qaz kəməri layihəsi ilə bağlı saziş Yunanıstan parlamentində müzakirəyə çıxarılıb.

Bu barədə “Tornos News Greece” məlumat yayıb.

Belə ki, Yunanıstan və Bolqarıstan arasında IGB təbii qaz kəməri layihəsi (Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru) ilə bağlı saziş layihə tamamlandıqdan sonra da qaz kəmərinin tikintisi və qazın nəqli üçün qarşılıqlı öhdəliklərin davam etdirilməsindən ibarətdir.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan interkonnektoru Azərbaycanın “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazı Bolqarıstana çatdırır. Bolqarıstan bu kəmər ilə 1 milyard kubmetr Azərbaycan qazı alır. IGB qaz boru kəmərinin Yunanıstanın Komotini bölgəsində və Bolqarıstanın cənubundakı Stara Zagora bölgəsində çıxış nöqtəsi, Yunanıstan və Bolqarıstan milli təbii qaz sistemləri arasında birbaşa əlaqə yaradır.

185 kilometrlik boru kəməri Yunanıstandan Bolqarıstana ildə təxminən 3 milyard kubmetr təbii qaz nəqli qabiliyyətinə malikdir və gələcək bazar tələbatına əsasən bu həcmin illik 5 milyard kubmetrə çatdırılması imkanı var.

2013-cü ilin sentyabrında “Bulgargaz EAD” “Şahdəniz-2” çərçivəsində ildə 1 milyard kubmetr qazın alışı ilə bağlı 25 illik saziş imzalayıb. Azərbaycan qazı Bolqarıstanın istehlakının 1/4 hissəsini ödəyəcək.



Xəbəri paylaş

1363 dəfə oxunub.

Digər xəbərlər