Saytımızı qiymətləndirin


 
 

Balakəndə ağır yol QƏZASI: 2 nəfər öldü, 5-i yaralandı
Tarix: 25-06-2022 | Saat: 12:29
Bölmə:Karusel / Kriminal | çapa göndər

 

Balakən rayonunda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, iyunun 25-də saat 1 radələrində Balakən rayonunun Talalar kəndi ərazisində E.Vəliyevin idarə etdiyi “VAZ-2103” və K.Əhmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə E.Vəliyevin sərnişinləri İlqar Əhmədov və İbrahim Musayev hadisə yerində ölüb, hər iki sürücü və 3 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər
17-02-2022, 22:00 Manaf Ağayev saxlanılıb