Saytımızı qiymətləndirin


 
 

Polşa-Azərbaycan parlamentlərarası qrup Azərbaycana gələcək
Tarix: 26-05-2022 | Saat: 21:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polşa-Azərbaycan parlamentlərarası qrup Azərbaycana gələcək

Polşa-Azərbaycan parlamentlərarası qrup Azərbaycana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski deyib.

Diplomat bildirib ki, səfər iyun ayının əvvələrində baş tutacaq.

Rafal Poborskinin sözlərinə görə, Polşa-Azərbaycan parlamentlərarası qrup azərbaycanlı həmkarları ilə Bakıda müzakirələr aparacaq:

“Növbəti mərhələdə isə biz Milli Məclisin sədri Sahibə Qafarovanın Polşaya səfərini gözləyirik”.

Səfir əlavə edib ki, iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ildə 108 milyon dollar olub və bunun artması gözlənilir.



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər