Saytımızı qiymətləndirin


 
 

“Avropa artıq ABŞ-ın müdafiəsinə arxalana bilməz”- Borrel
Tarix: 09-04-2024 | Saat: 17:15
Bölmə:Karusel / Dünya | çapa göndər

“Avropa İttifaqı ölkələri artıq ABŞ-ın müdafiəsinə arxalana bilməz”.

Qarabaginfo.az xəbər verir ki, bunu Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə Ali nümayəndəsi Jozep Borrel bildirib.

“Çünki bu, Vaşinqtonu kimin idarə etməsindən asılıdır. “Soyuq müharibə”dən bəri etibar etdiyimiz ABŞ çətiri həmişə açıq olmaya bilər” – deyən Borrel NATO daxilində fərdi üzvlərin prioritetlərinin dəyişə biləcəyinin xəbərdarlığını edib.

Ötən il dekabrın əvvəlində ABŞ prezidenti Co Bayden Şimali Atlantika Alyansı ölkələrinə Rusiyadan təhlükənin artdığını açıqlamışdı. Pentaqon rəhbəri Lloyd Ostin Ukraynanın məğlubiyyətinin Rusiya ilə NATO arasında müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər