Saytımızı qiymətləndirin


 
 

Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdı
Tarix: 26-05-2022 | Saat: 15:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Azərbaycan üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirmə prosesinə yekun vurulub.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı sabah Mərkəzi Seçki Komissiyasında (MSK) geniş tədbir keçiriləcək.

Tədbirin ardınca isə MSK-nın iclası baş tutacaq.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Daha sonra isə MSK-nın müəyyən etdiyi qaydada seçici siyahıları MSK-nın (dairə seçki komissiyasının) müvafiq internet saytında yerləşdirilməlidir.

 



Xəbəri paylaş

232 dəfə oxunub.

Digər xəbərlər