Saytımızı qiymətləndirin


 
 

O faciədən geriyə qalan bu foto oldu...
Tarix: 20-02-2022 | Saat: 17:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

O faciədən geriyə qalan bu foto oldu...

Xəbər verdiyimiz kimi, fevralın 17-də Qusarda bir ailənin 5 üzvü - 1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları - 2012-ci il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Qarabaginfo.az-ın məlumatına görə, faciəli şəkildə həlak olan ailə üzvləri hadisədən bir gün sonra Qusarda dəfn olunub.

Ailə üzvlərinin məzarları yanaşı qazılıb. Onlar eyni sırada torpağa tapşırılıb.

Qeyd edək ki, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan da yolda qəzaya uğrayaraq dünyasını dəyişmişdi. Belə ki, Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində “Mercedes” markalı avtomobil körpüdən aşmışdı. Qəza nəticəsində Fidanla yanaşı, onun həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə də hadisə yerində ölmüşdü. (qafqazinfo.az)



Xəbəri paylaş

1265 dəfə oxunub.

Digər xəbərlər