Saytımızı qiymətləndirin


 
 

Ukraynanın hərbi texnika itkiləri açıqlanıb
Tarix: 18-06-2022 | Saat: 00:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Russians besiege Ukrainian ports as armored column stalls | MPR News

Rusiyanın genişmiqyaslı hücumu başlayandan bu günə kimi Ukrayna ordusu hərbi texnikasının yarısını itirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığının maddi-texniki təminat komandiri Vladimir Karpenko 

“National Defense”

yə bildirib.

"Bu gün aktiv döyüşlər nəticəsində təxminən 30-40 %, bəzən isə 50 %-ə qədər texnika itkilərimiz var. Beləliklə, biz texnikamızın təxminən 50 %-i itirmişik. 1 300-ə yaxın piyada döyüş maşını, 400 tank və 700 artilleriya sistemi məhv edilib", - deyib.

O, həmçinin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin bir briqadası cəbhə xəttinin təxminən 40 km-i əhatə edə bilər. Beləliklə, bütün cəbhəni bağlamaq və aktiv döyüşlər aparmaq üçün 40 briqada lazımdır.

Xatırladaq ki, Ukrayna tərəfi daha əvvəl Rusiya ilə müharibədə təxminən 1500 tank, 3 500-dən çox döyüş maşını və 700-dən çox artilleriya qurğusu itirdiyini açıqlayıb.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər