Saytımızı qiymətləndirin


 
 

İran Azərbaycanla neft sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Tarix: 14-05-2022 | Saat: 18:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Möhsin Xocəstə

"Xəzər dənizində neft yataqlarında əməkdaşlıq üçün Azərbaycan tərəfi ilə müzakirə aparırıq".

Qarabaginfo.az bildirir ki, bunu İranın milli neft şirkətinin baş direktoru Möhsin Xocəstə APA-nın Tehran müxbirinə açıqlamasında bildirib. O deyib ki, araşdırmalar aparılır, hələlik icra olunmayıb.

Möhsin Xocəstə İran milli neft şirkətinin siyasətindən də danışıb:

“Biz digər ölkələrlə əməkdaşlığı artırmalıyıq”.

O qeyd edib ki, Azərbaycanla təkcə Xəzər dənizindəki neft yataqları ilə bağlı deyil, ümumiyyətlə əməkdaşlığı inkişaf etdirmək haqqında müzakirələr aparırlar. Baş direktor Türkmənistan qazının İran vasitəsilə Azərbaycana mübadilə edilməsi haqqında bildirib ki, bu addım strateji və dəyərli addımdır:

"Biz qazı Türkmənistandan alırıq, qazın bir hissəsini özümüz istifadə edirik, bir hissəsini Azərbaycana təhvil veririk. Bu İranın geopolitik mövqeyini və tranzit üçün potensialının göstəricisidir."

O eyni zamanda deyib ki, sanksiyaların ləğvindən sora neft ixracatını 2 dəfə artırmağa hazırdılar



Xəbəri paylaş

1379 dəfə oxunub.

Digər xəbərlər