Saytımızı qiymətləndirin


 
 

Paşinyan niyə ikiüzlülük edir?
Tarix: 12-05-2022 | Saat: 12:40
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Nikol Paşinyan Naxçıvanla Azərbaycanı birləşdirəcək yoldan danışıb - BBC News Azərbaycanca

“Paşinyanın Niderlandda verdiyi açıqlamalar daxili təzyiqə görədir”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Yenisabah.az-açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Niderland səfərində Azərbaycana qarşı ağlasığmaz ittihamlarla çıxış edib, guya Azərbaycanda hələ də hərbi əsirlər var, eləcə də Azərbaycan dövləti guya Qarabağ ermənilərinin təhlükəsizliyinə təhdiddir.

Öz növbəsində, T. Rzayev vurğulayıb ki, hazırda Paşinyan iqtidarına qarşı Ermənistanda çox ciddi küçə etirazları var:

“Baş nazir əleyhinə birləşmiş 2 fərqli cəbhə görürük. Ayrı-ayrılıqda onlar fərqli qüvvələrdir. Biri “Qarabağ klanı” adlandırdığımız cinayətkar dəstədir, 30 il ölkəni qanunsuzluqla, korrupsiya ilə idarə edib.

Bu klan hakimiyyəti itirməyini Paşinyana heç cür bağışlamır. Hələ də hüquq-mühafizə orqanlarında, orduda, polisdə və təhlükəsizlik orqanlarında yüksək rütbə tutan klan üzvləri və kifayət qədər də maliyyə ehtiyatları var. Onlar hakimiyyəti geri aldıqdan sonra Azərbaycana qarşı yenidən işğal siyasəti yürütməyi planlaşdırırlar”.

Aydın məsələdir ki, “Qarabağ klanı” xarici qüvvələrə birbaşa yaxındır. Xüsusilə, Koçaryan Rusiya siyasi rəhbərliyi ilə səmimi dostluq münasibətlərinə malikdir”.

Həmsöhbətimiz əlavə edib:

“Paşinyana qarşı ikinci qrup isə sadə vətəndaşlar və kiçik siyasi qruplara daxil olan şəxslərdir. Bildiyiniz kimi, Ermənistanda uzun müddətdir şovinist və faşist fikirlərlə yetişdirilən bir nəsil var. Bu nəsil sadəcə Azərbaycana və Türkiyəyə nifrət edir və onlar Azərbaycan və Türkiyə ilə yaxınlaşmanı, hər hansı bir sülh müqaviləsini Ermənistan üçün bir təhdid görürlər.

Erməni milli varlığının kökündə məhz saxta soyqırımı iddiası və türk düşmənçiliyi durur. Məhz bu faktora görə,  hazırda Paşinyana qarşı olan çıxışlar geniş kütləni əhatə edir. Bu geniş kütlə sadəcə küçə etirazları yox, eləcə də Paşinyanın fiziki məhvinə qədər gətirib çıxara bilər.

Əvvəllər də şovinistlərin neçə terror aktını görmüşük. 1999-cu ildə parlamentin güllələnməsi, Baş nazir Vazgen Sarkisyanın qətli və s. Ona görə də, Paşinyan bu təzyiq qarşısında geri addım atmağa başlayıb. Halbuki Moskva görüşündən öncə sərhədlərin təyin edilməsi, sülh komissiyasının yaradılması və Azərbaycanın irəli sürdüyü 5 şərtə etiraz etməmişdi. Bundan əvvəlki Brüssel görüşündə də Zəngəzurda dəmiryolu xəttinin açılmasına etiraz etmədiyini bildirmişdi.

İndi birdən-birə Paşinyanın Niderlandda bu açıqlamaları verməsi daxili təzyiqə görədir. Həm də xarici təzyiqlərə görə. Bu, Paşinyanı məcbur edir ki, belə açıqlamalar versin.

Məncə, bu, müvəqqəti xarakter daşıyır. Əgər hakimiyyəti devrilməzsə, yaxud Rusiya Ukrayna müharibəsində siyasi gücünü itirsə, Paşinyan əvvəlki mövqeyinə qayıdacaq, Azərbaycanla sülh danışıqları davam edəcək”.



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər