Saytımızı qiymətləndirin


 
 

Ukrayna ABŞ-ın göndərdiyi haubitsalardan döyüşlərdə istifadə etməyə başlayıb
Tarix: 11-05-2022 | Saat: 18:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna ABŞ-ın göndərdiyi haubitsalardan döyüşlərdə istifadə etməyə başlayıb

ABŞ-ın Ukraynaya göndərdiyi 155 millimetrlik haubitsalar artıq cəbhədə istifadə edilir.

Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar keçirdiyi brifinqdə deyib:

““Javelin”lər və “Stinger”lər ilə yanaşı, artıq 155 millimetrlik amerikan haubitsaları da cəbhədə istifadə edilir. Biz yardım addımlarının sürətləndirilməsi istiqamətində işləyirik, bu bizim əsgərlərimizin həyatı deməkdir”.

ABŞ Müdafiə Nazirliyinin rəsmisi ötən gün jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ-ın Ukraynaya göndərməyə razılaşdığı 90 haubitsanın 89-u artıq Ukraynaya çatdırılıb.

Anna Malyar qeyd edib ki, Kiyevin xarici tərəfdaşlarının göndərdiyi silahlar Rusiyanın Ukraynanın nəqliyyat infrastrukturunu dağıtmaq səylərinə baxmayaraq rutin şəkildə tədarük etdirilir:

“Biz artıq böyük miqdarda silahlar qəbul etmişik. Amma indi biz silahların Ukraynaya ritmik tədarükü mərhələsinə daxil olmuşuq”.

Anna Malyar vurğulayıb ki, bütün bu yardımlar Ukraynaya uzunmüddətli münaqişəyə davam etmək imkanı verəcək.

“Biz müharibənin yeni mərhələsinə daxil oluruq. Rusiya özünü “texnika müharibəsi”ndə qalib gələ bilməyəcəyi bir vəziyyətə çəkir”, - deyə Anna Malyar bildirib.

O, Ukraynanın tədarük xətlərinin gücləndirildiyini vurğulayıb. Əlavə edib ki, Ukraynanın yerli müdafiə sənayesinin inkişafı üçün strateji addımlar atılıb və yerli istehsalçılara ilin sonunadək hərbi sifarişlər verilib.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər